Ana Sayfa > İdman / Seçilənlər-5 > C.Əhmədov: “Ölümüm barədə xəbərlər bir qədər şişirdilib...”

C.Əhmədov: “Ölümüm barədə xəbərlər bir qədər şişirdilib...”


12-10-2020, 17:33. Yazar: sevinc1
C.Əhmədov: “Ölümüm barədə xəbərlər bir qədər şişirdilib...”





Erməni yalan danışmasaydı, erməni hiyləgərlik və riyakarlıq etmsəydi bu zaman o, zatən erməni olmazdı. Biz idman tədbirlərində iştirak etmək üçün dünyanın bir çox ölkələrində oluruq. Hər yerdə də ermənilərin hər zaman şeytani siyasət yürütdüklərini görürük. Qurduqları dövlət kimi yaydıqları məlumatlar da saxta olur. Saxta məlumatlarla xalqımızı, hətta bütün dünyanı çaşqınlıq içərisinə salmaq istəyirlər. Bunlar üçün sözdə ölünü diriltmək, yaxud da dirini öldürmək çox asandır.

İndi də saxta azərbaycanlı profili üzərindən yaratdıqları facebook səhifəsində mənim şəhid olmağım barədə məlumat yayıblar. Əlbəttə, bu mənim üçün böyük şərəf olardı və mən hər zaman belə bir ölümün arzusunda olduğumu demişəm. Lakin indilik, Mark Tven demişkən, mənim ölümüm barədə məlumatlar bir qədər şişirdilib...

Ermənilərə gəlincə isə, onlar bizə təkbətək döyüşdə hər zaman uduzublar. Bu, cəng meydanında da belə olub, idmanda da. Bu gün də arxasında bəzi böyük dövlətlərin durması hesabına ermənilərin nəfəsi hələ ki, gedib-gəlir. Amma bu da müvəqqəti haldır. Ali Baş Komandanımızın da dediyi kimi, artıq dünyada heç bir qüvvə bizə torpaqlarımızı işğaldan azad etməyə mane ola bilməz. Bu gün öz Prezidentinin ətrafında hər zaman olduğundan daha sıx birləşən Azərbaycan xalqı bir yumruq olaraq düşmənə sarsıdıcı zərbələr endirməkdədir. Bu zərbələrdən qurtulmağın yeganə yolu isə torpaqlarımızdan çıxmaqdır!

Uca Allah Azərbaycan əsgərini və ordusunu qorusun!
Geri dön