Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Hakim vəkildən şikayət etdi - Vəsatət verdiyi üçün

Hakim vəkildən şikayət etdi - Vəsatət verdiyi üçün


1-04-2016, 15:01. Yazar: admin

Ali Məhkəmənin hakimi Fərhad Kərimov jurnalist Pərviz Həşimlinin işi üzrə vəkil olan Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

E.Sadıqov açıqlamasında bildirib ki, şikayət onun proses zamanı verdiyi vəsatətə görədir: “Mən məhkəmədən öncə vəsatət yazıb göndərmişdim ki, Pərviz Həşimlinin və mənim iştirakım olmadan iclas keçirilməsin və məhkəmə təxirə salınsın. Hakim Fərhad Kərimov isə vəsatətimizi təmin etməmişdi, bizim iştirakımız olmadan şikayətə baxmışdı. İndi də məhkəmənin təxirə salınması üçün vəsatət verdiyimə görə Kollegiyaya şikayət edib. Eyni zamanda, Pərviz Həşimlinin digər vəkili Bəhruz Bayramovdan da jurnalistlərə açıqlama verdiyi üçün şikayət edib. Hər iki şikayətə bu gün Vəkillər Kollegiyasında baxılacaq”.

Elçin Sadıqov deyib ki, Kollegiyanın İntizam Komitəsi onun haqda rəy verib: “Biz rəylə razı deyilik, çünki qərəzli tərtib olunub. Mən Pərviz Həşimlinin işini Avropa Məhkəməsində də müdafiə etmişəm. Amma rəydə yazılıb ki, guya mən Pərvizi müdafiəsiz qoymuşam. Pərviz Həşimli özü də Vəkillər Kollegiyasına müraciət göndərib və bizdən heç bir narazılığı olmadığını, daimi onu müdafiə etdiyimizi qeyd edib”.
Geri dön