Ana Sayfa > Manşet / Gündəm > Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib12-10-2020, 11:18. Yazar: sevinc1 |
![]() Dağlıq Qarabağda gərginləşən müqnaqişə fonunda erməni işğalçı silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin kütləvi itkisi ilə üzləşib. İki həftə ərzində onların S-300 "Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin80 faizi məhv edilib. Bu barədə avia.pro-nun öz mənbələrinə istiandla yaydığı xəbərdən məlum olub. Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də onlarla pilotsuz uçuş aparatını (PUA) itirib, lakin bu gün Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur. aia.az Geri dön |