Ana Sayfa > Seçilənlər-4 / Aia TV / Karusel > “Döşlərində xarici yazılar olan mayka ilə çıxırlar” - Xalq artisti
“Döşlərində xarici yazılar olan mayka ilə çıxırlar” - Xalq artisti1-04-2016, 14:00. Yazar: admin |
Azərbaycanın xalq artisti, diktor Sabir Ələsgərovun müsahibəsi - Sabir müəllim, özünüzü necə hiss edirsiz? Səhhətinizdə irəliləyiş var? - Hər şey yaxşılığa doğru gedir. Böyrəyimlə bağlı bir az porblemlər yaşadım. Həkimlər sağ olsun, yaxşı müalicə etdilər, indi də müalicəm davam edir. Analizlər vermək üçün xəstəxanaya gəlmişəm. Ona görə gəlmişəm ki, görüm yenə müalicə olunmağa başlayacam, ya yox... Həkimlərin rəyini gözləyirəm. - Bir neçə həftə əvvəl xəstəxanadan evə buraxıldız. Ancaq yenə sizi xəstəxanada görürürk. Xəstəliyiniz ciddidir? - Çoxdan evdəyəm, bir-iki həftə reanimasiyada yatdım. Ondan sonra evə buraxıldım, müalicəmi də evdə davam edirəm. Böyrəklərimin ikisində də problem var, çirk yığılmışdı. Hamısı təmizləndi, özümü yaxşı hiss edirəm. Düzdür, bayıra çıxmıram, ancaq evdə ayaq üstə gəzməyə çalışıram. Mənə deyirlər ki, evdə gəzməlisən. Bir aydan çoxdur ki, ayaq üstə idim. Ayaqlarım açılmalıdı, qan işləməlidir. - Həkimlər sizə müəyyən qadağalar qoyub? - Məndə qorxulu xəstəlik yoxdur, ağrı hiss etmirəm. Bir balaca qan təzyiqim enib-qalxır. Onu da nəzarətə götürüblər. Qida rasionum və başqa şeylərlə bağlı heç bir qadağa yoxdur. - Mədəniyyət və Turizm Nazirliyi bəs necə? Səhhətinizlə bağlı sizə diqqət ayırdı? - Xeyr... - Müalicə zamanı maliyyə problemləri yaşadız. Hər şeyin baha olduğunu bildirmişdiz... - Bəli, hər şey bahadır. Adi dərmanlar, prosedurlar, analizlər belə... Nə etmək olar? Gərək özünü müalicə edəsən. Pula görə müalicəsiz qalmaq olmaz... - Xəstəxanada olan zaman həmkarlarınız, dostlarınız sizi unutmadı? - Sağ olsunlar, mən xəstəxanada olanda yanıma heç kimi buraxmırdılar. Bir qızım bütün günü yanımda olurdu. Dost-tanışlar, həmkarlarım xəstəxanaya gəlirdilər, ancaq, içəri buraxılmırdılar. Sadəcə qızımı görüb, səhhətimlə bağlı məlumat alırdılar. Hiss elədim ki, unudulmamışam. Məni istəyirlər, həsrətimdə olanlar var. - Efir üçün darıxmırsız? - Bu, məndən asılı olan bir şey deyil. Dəvət etsələr veriliş də apararam, cavanlarla da məşğul olaram. Bildiklərimi onlarla bölüşərəm ki, inkişafa doğru getsinlər. - Dövrün aparıcılarını yəqin ki, müşahidə edirsiz. Hazırda TV-də olan aparıcıların əksəriyyətinin qeyri-peşəkar olduqlarını söyləyirlər, onları qınayırlar. Bunu necə qiymətləndirirsiz? - Bizim vaxtımızda müsabiqələr elan edilirdi. Azərbaycan Televiziyasının teatrında 200-300 gənc toplaşardı. Onlar ya ali təhsilli olmalı, ya da institutun son kursunda oxumalı idilər. Belə bir şərt var idi. Təhsili olmalayanları müsabiqəyə buraxmırdıq. Birinci gənclərin xarici görünüşünə diqqət edirdik, daha sonra mətn verirdik ki, oxusunlar. Onların dillərində gərək ki, “defekt” olmasın, təmiz danışsınlar. Sözləri təmiz tələffüz etsinlər, məntiqi vurğuları düzgün vursunlar. İnanın, 200-300 nəfər arasından 2-3 nəfər seçilirdi. İndi isə belə bir şey yoxdur, xoşlarına gələnləri efirə çıxarırlar. Səsi mikrofona düşdü-düşmədi onlar üçün fərqi yoxdur. Məsələn, aparıclar tanıyıram ki, “r” hərfini deyə bilmirlər. Yaxşı aparıcılar da var. “Günəbaxan” verilişinin aparıcısı Elgiz Əkbəri çox bəyənirəm, danışığı yerindədi. Daha sonra İlqar Mikayıloğlu yaxşı aparıcıdır. ANS-dən ATV-yə keçib, veriliş aparır. Efirdə sərbəstdir, nə söylədiyini bilir. “Yeni gün” verilişinin aparıcısı Saleh Bağırzadə xoşuma gəlir. Xoşqədəm Hidayətqızının efirə necə gəldiyini bilmirəm, amma televiziya üçün bir tapıntıdır. - Efirlərdə daha çox xanımların aparıcılıq etməsinə münasibətiniz necədir? - Mən də bunu hiss edirəm. Bilirsiz, xanımlara daha çox baxırlar. Televiziya xanımları daha çox bəyənir, tək səbəb bunu göstərə bilərəm. Savada, aparıcılıq qabiliyyətinə baxdıqda kişilər daha üstündür. Xanımlar bu sözümə görə məndən inciməsinlər. - Aparıcılıq sənəti ilə bağlı universitetlərdə fakültə açılmalıdır? - Universitetdə fakültə olmalıdır. Məsələn, aktyorluq şöbəsi var. Orada aparıcılıq şöbəsi də açmaq olar. Şərt onda deyil ki, sırf xəbər aparıcıları yetişdirsinlər. Cürbəcür verilişlər var. Buna intellektual, şou verilişləri daxildir. - Sabir Ələsgərovun aparıcı kadrları var? - Mənim çox tələbələrim olub. AzTv, daha sonra ANS-də 5 il çalışdım. Yelena Sidorenko, Xose Bernardo kimi aparıcılar mənim tələbələrim olub. ANS TV-nin bir neçə xəbər aparıcıları da kadrlarımdır. - İndiki xəbər aparıcıları yenilik axtarışındadırlar. Kimisi jest-mimika, kimisi isə geyimi ilə fərqlilik etmək istəyir... - Əvvəl bir çərçivə var idi, biz isə bu çərçivədən çıxa bilməzdik. Qalstuk və pencəksiz bizi təsəvvür etmək olmazdı. İndi efirə döşlərində xarici yazılar olan mayka ilə çıxırlar. Dizləri cırıq-cırıq olan düz şalvar geyirlər, əlləri cibində veriliş aparırlar. Bu, düzgün deyil. Bir də onu deyim ki, xəbərləri əl və qol hərəkətləri ilə aparmazlar. Axı bu verilişin adı “Xəbərlər”dir. Bir misal da çəkim. Bir xəbər yayımlanmır, bir neçə məlumatları insanlara çatdırırlar. Orada bəd və xoş xəbərlər var. Bəzən görürsən ki, xəbərlərin hamısını eyni tonda oxuyurlar. Aparıcı bunları bir-birindən ayırmalıdır. Aparcılar xəbər deyərkən öz şərhlərini deməməlidirlər. Əvvəl belə deyildi, indi görürsən ki, özlərindən şərhlər verirlər. - İndi televiziyada senzuraya ehtiyac var? - Mütləq senzura olmalıdır. Qabaq hər şeyə senzura var idi. Hətta bəstəkarların mahnıları belə senzuradan keçirdi. İndi isə istər müğənni, istərsə də musiqiçi hər yanda var, aləmi götürüblər. Daha bir dəb ortaya çıxıb, müğənnilər də aparıcılıq edir. Müğənni kifayət qədər tanınmış adamdı, getsin müğənniliyini aparsın. - Bəs xəbər aparıcılarının şou verilişlərini aparmasına münasibətiniz necədir? - Şou dəbdədi, hamı belə veriliş aparmaq istəyir. Şouda sərbəstlik var, necə istəyirsənsə hərəkət edirsən. Tamaçaşıları güldürürsən, əyləndirirsən. Xəbərlər elədir ki, dəqiqlik var. Əlində olan materialdan kənara çıxmaq olmaz. Şouda azadlıq olduğu üçün özlərini belə proqramlarda tapırlar. Geri dön |