Ana Sayfa > Gündəm > MN dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb

MN dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb


9-10-2020, 10:09. Yazar: sevinc1
MN dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb


Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

aia.az
Geri dön