Ana Sayfa > Manşet / Dünya > Ərdoğan:
Ərdoğan:9-10-2020, 09:48. Yazar: sevinc1 |
"Ərköyün" Ermənistanın güzəştsiz hərəkətləri Dağlıq Qarabağ münaqişəsini bir növ qanqrenaya çevirib. Bu problemi həll etməyin yeganə yolu 30 ilə yaxındır davam edən erməni işğalına son qoymaqdır. aia.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan video konfrans vasitəsi ilə Türkiyə-Afrika iş forumunun iştirakçılarına müraciət edərək bildirib. Türkiyə prezidenti Dağlıq Qarabağın 30 ildir Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpağı olduğunu xatırladıb: "Türkiyə Azərbaycanın torpaqlarını azad etmək uğrunda apardığı haqlı mübarizəni tam dəstəkləyir". aia.az Geri dön |