Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 191 nəfər COVID-19-a yoluxdu, 154 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Azərbaycanda 191 nəfər COVID-19-a yoluxdu, 154 nəfər sağaldı, 1 nəfər vəfat etdi8-10-2020, 15:45. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 41 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 280, ötən müddət ərzində isə ümumilikdə 1 156 938 test aparılıb. aia.az Geri dön |