Ana Sayfa > Dünya > Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə KTMT-ni cəlb etmək cəhdidir
Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə KTMT-ni cəlb etmək cəhdidir8-10-2020, 15:08. Yazar: sevinc1 |
Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək cəhdidir. Bunu Trend-ə qazaxıstanlı politoloq Aydos Sarım deyib. O bildirib ki, Ermənistanın addımları aşkardır və bir neçə məqsədi var: “İlk növbədə bu, Azərbaycan daxilində stabilliyi pozmaq, çox sayda əhalini qeyri-müəyyən vəziyyətə çatdırmaqdır. Hədəf sadədir: qorxu, sabaha inamsızlıq yaymaq”. Ekspert bildirib ki, digər məqam Azərbaycan Ordusunu Ermənistan ərazisinə cavab zərbələrinə vadar etməklə bağlıdır: “Bu halda Ermənistan təbliğatı “birbaşa təcavüz”, “hərbi cinayətlər” barədə söz aça və Rusiyanı, KTMT-ni münaqişəyə cəlb edə bilər. Bütün bu baş verənləri sənədləşdirmək, dünya mətbuatını, xarici müşahidəçiləri cəlb etmək vacibdir”. Politoloq əlavə edib ki, bu gün həm də irimiqyaslı informasiya müharibəsi gedir: “Tarix göstərir ki, bu gün informasiya müharibələrində qələbə heç də az əhəmiyyət daşımır. Bunu da bacarmaq lazımdır”. aia.az Geri dön |