Ana Sayfa > Ölkə > Azərbaycanda son sutkada 97 nəfər COVID-19-a yoluxub, 91 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda son sutkada 97 nəfər COVID-19-a yoluxub, 91 nəfər sağalıb, 2 nəfər vəfat edib5-10-2020, 15:57. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 40 788 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38 587 nəfər müalicə olunaraq sağalıb, 598 nəfər vəfat edib, aktiv xəstə sayı 1 603 nəfərdir. Ölkədə son sutka ərzində 3073, hazırkı dövrədək isə 1 140 194 test aparılıb. aia.az Geri dön |