Ana Sayfa > Manşet / Gündəm > Anar Eyvazov:
Anar Eyvazov:2-10-2020, 15:22. Yazar: sevinc1 |
![]() Azərbaycan Ordusu düşmənə zərbələr endirməkdə davam edir. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, ordumuz torpaqlarımızı işğaldan azad edir və yüksək döyüş ruhuna malikdir: "Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Strateji yüksəkliklərin azad olunması Azərbaycan Ordusunun yüksək döyüş ruhunun bariz nümunəsidir”. aia.az Geri dön |