Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda “moyka”ya avtomobil verən şəxsin maşınını qaçırdıb qəza törətdilər

Bakıda “moyka”ya avtomobil verən şəxsin maşınını qaçırdıb qəza törətdilər


11-07-2015, 17:13. Yazar: admin

O, polisə müraciət edib.

Bakıda yol qəzası qeydə alınıb.

Aia.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fəxrəddin Aydın oğlu Şəmiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 8-də özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili rayonun Zahid Xəlilov küçəsi, 14-də yerləşən avtoyuma məntəqəsində yumaq üçün Nicat adlı şəxsə verib.

F.Şəmiyev bir az sonra avtoyuma məntəqəsinə qayıtdıqda avtomobilin orada olmadığını görüb. İyulun 9-da həmin avtomobil Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyində Xırdalan şəhəri ərazisində əzilmiş vəziyyətdə aşkar edilib.
Geri dön