Ana Sayfa > Dünya > Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb1-10-2020, 16:20. Yazar: sevinc1 |
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasında eskalasiyanı qəti şəkildə pisləyir. Trend-in məlumatına görə, bu barədə prezidentlərin birgə bəyanatında deyilir. Bəyanatda münaqişə nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verilib: “Biz münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırırıq. Biz, həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə tənzimləmə üzrə ilkin şərtlər olmadan danışıqların bərpa olunması məqsədilə üzərlərinə öhdəlik götürməyə çağırırıq”. aia.az Geri dön |