Ana Sayfa > Karusel / Dünya > Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər1-10-2020, 08:57. Yazar: sevinc1 |
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib. Məlumata əsasən, liderlər münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar: "Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edilib. Bu kontekstdə, ilk növbədə, ATƏT-in Minsk qrupu formatında gələcək əməkdaşlığın konkret parametrləri nəzərdən keçirilib". aia.az Geri dön |