Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB
Xəstəxanada həkimləri döydülər - YENİLƏNİB1-04-2016, 11:42. Yazar: admin |
Həkimlərin müraciəti əsasında araşdırma aparılır Bakıda xəstəxanada baş vermiş dava-dalaşla bağlı yeni məqamlar üzə çıxıb. Aia.az xəbər verir ki, Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən 2 saylı Vərəm Dispanserində dava salan Nəcməddin adlı şəxsin həyat yoldaşı xəstəxanada müalicə olunurmuş. O, həyat yoldaşının yanına gələrkən hələlik tam dəqiqləşməmiş səbəblərdən digər xəstə ilə dalaşıb və onu döyməyə başlayıb. Daha sonra palataya növbətçi həkim Qılman Babayev və digər həkimlər gəlib. Əvvəllər məhkum edilmiş Nəcməddin adlı şəxs həkimlərə də xuliqanlıq zəminində zərbələr endirib. Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır. Geri dön |