Ana Sayfa > Gündəm > Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”


29-09-2020, 23:36. Yazar: admin
Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ənənəvi mətbuat konfransında çıxış edib. AİA.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ovannisyan təmas xəttinin bütün istiqamətlərində gərgin döyüşlərin davam etdiyini deyib.

“Bizim də itkilərimiz var. Onların sayı dəqiqləşdirilir və yalnız sabah səhər açıqlanacaq”-deyə Ovannisyan açıqlama verib.



Ovannisyan Kəlbəcər rayonu, Talış-Madagis kəndləri və Cəbrayıl-Füzuli rayonları istiqamətində şiddətli döyüşlərin baş verdiyini əlavə edib.
Geri dön