Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > Ağstafada dəhşət — Ata azyaşlı oğlunu döyərək öldürdü

Ağstafada dəhşət — Ata azyaşlı oğlunu döyərək öldürdü


31-03-2016, 22:58. Yazar: admin

Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.

Aia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub.

Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər.

Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.

Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Geri dön