Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı
Rusiyalı pilotu öldürən şəxs Türkiyədə saxlanıldı31-03-2016, 22:47. Yazar: admin |
Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı həbs edilib. Bu barədə “Hürriyet” məlumat yayıb. A.Çelik Suriyada döyüşdüyü adamlarla martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Ümumilikdə 15 nəfər saxlanılıb. Çeliyin hazırda dindirildiyi bildirilib. Rusiya XİN-də Çeliyin saxlanılmasına dair məlumatı yoxlayırlar. Bu barədə TASS-ın məlumatına görə, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyanat verib. Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A.Çelik “Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A.Peşkovu güllələdiyini bildirmişdi. Geri dön |