Ana Sayfa > Karusel / Media > Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir

Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir


26-09-2020, 13:04. Yazar: admin
Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir

Nəticəni 39 dəqiqə ərzində öyrənməyə imkan verən koronavirus test sistemi yaradılıb.

AİA.Az xəbər verir ki, test sistemini dünyaca məşhur alman şirkəti “Bosch” istehsal edib. Bu barədə şirkət 25 sentyabrda yayımlanan press-relizində elan verib.

“Vivalytic analitik aləti üçün, SARS-CoV-2 patogenini müəyyən edə bilən yeni sürətli bir test hazırlayıb. Beləliklə, test nəticəsi 39 dəqiqə ərzində hazır olur. Hazırda dünyada PCR əsasında işləyən daha sürətli test yoxdur”,-deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, test sistemi operativ nəticə əldə etmək üçün səyyar test məntəqələrində, xüsusən hava limanlarında və avtodayanacaqlarda istifadə oluna bilər.

Şirkətin açıqlamasına əsasən, məhsul artıq Avropanın müxtəlif ölkələrində mövcuddur.

Bildirilib ki, test sistemi Alman Təhsil və Elm Nazirliyinin dəstəyi ilə hazırlanıb.

AİA.Az
Geri dön