Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? –
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? –23-09-2020, 16:34. Yazar: sevinc1 |
Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vakinasiya olunacaq. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. R.Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, yəqin ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. R.Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hssəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir. TƏBİB sədri əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq. aia.az Geri dön |