Ana Sayfa > Qərbi Azərbaycan > Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür -
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür -23-09-2020, 16:15. Yazar: sevinc1 |
Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib. O qeyd edib ki, vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır. Bir istiqamət vaksinin ölkədə istehsal edilməsi, digər istiqamət isə xaridən alınaraq Azərbaycana gətirilməsidir: “Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür. Nəinki Azərbaycanda, bir çox ölkələrdə bu mümkün deyil. Ona görə də əsas istiqamət vaksinlərin xaricdən gətirilməsidir”. aia.az Geri dön |