Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Ana Vətən Partiyası Zaqatala rayon təşkilatının növbəti konfransı keçirilmişdir.

Ana Vətən Partiyası Zaqatala rayon təşkilatının növbəti konfransı keçirilmişdir.


29-03-2016, 14:23. Yazar: admin

Konfransın işində Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə iştirak etmişdir. Ilk olaraq MŞ üzvü Azər Quluzadə çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. Sonra Təşkilat Komitəsinin hesabatı dinlənilmiş, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının və gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Bədirov İdris Bulac oğlu AVP Zaqatala rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.

Ana Vətən Partiyasının Mətbuat Xidməti.


Geri dön