Ana Sayfa > Gündəm / Manşet / Karusel > MAARİF BAYRAMOV SABAH GƏLƏCƏK ŞTATLARI DÜNƏNDƏN SATIB

MAARİF BAYRAMOV SABAH GƏLƏCƏK ŞTATLARI DÜNƏNDƏN SATIB


29-03-2016, 11:41. Yazar: admin
MAARİF BAYRAMOV SABAH GƏLƏCƏK ŞTATLARI DÜNƏNDƏN SATIB
Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi xəbəri hökumət strukturlarının optimallaşdırılması istiqamətində atılmış əhəmiyyətli adddım kimi qarşılandı. Cəmiyyət hörmətli Səlim Müslümovu bu iki quruma uğurla rəhbərlik edəcək şəxs kimi çoxdan qəbul etdiyindən, cənab nazirin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə şübhə etmir. Lakin bununla belə, belə bir qərarın veriləcəyi qabaqcadan çox az adamın ağlına gələ bilərdi. Demə, həmin o az sayda uzaqgörən insanlardan biri də Lənkəran şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Maarif Bayramov imiş.

Uzaqgörənliyi ondan bəlli olur ki, Maarif bəy hələ məlum qərardan əvvəl özünə məhrəm məclislərdə ağızlarından sızan informasiyaya görə, direktor rayonda bəzi ali təhsilli vətəndaşlara rəhbərlik etdiyi idarədə tezliklə əlavə ştatlar yaranacağını söyləyərək, onlara vəzifə verəcəyini vəd edib. Deyilənə görə, o, hətta inandırdığı şəxslərə gələcək qazanclarının heç də quru maaşdan ibarət olmayacağını bildirib və onlardan "şirinlik" də alıb.

Maraqlıdır, görəsən Nazirliyin bu məsələyə münasibəti necə olacaq? - Öyrənməyə çalışacağıq. Xatırladaq ki, uzun müddətdir ki, sistemdə çalışan M. Bayramov daha əvvəl DSMF Astara və Lənkəran rayon şöbələrinin müdiri vəzifələrində işləyib və nazirin etibar etdiyi kadrlardan hesab olunur. Belə çıxır ki, o, cənab S. Müslümovun etimadından sui-istifadə edirmiş və bəlkə də haqqında söhbət aşdığımız məsələ heç də onun imza atdığlı birinci neqativ hal deyildir. Arzu edək ki, axırıncı olsun.

AİA.AZ
Geri dön