Ana Sayfa > Gündəm > Səttar Möhbalıyev Regional məsələlər komitəsinin iclasında çıxış edib
Səttar Möhbalıyev Regional məsələlər komitəsinin iclasında çıxış edib18-09-2020, 22:11. Yazar: admin |
![]() Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AİA.Az-a bildirilib ki, sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev komitənin iclasında iştirak edib. İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunub. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Səttar Möhbalıyev çıxış edərək 2020-ci il yaz və növbədənkənar sessiyalar ərzində təmsil etdiyi bölgədə seçicilərlə keçirdikləri görüşlər, vətəndaşların qaldırdıqları məsələlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Millət vəkili ölkənin ictimai-siyasi həyatında baş verən son hadisələr, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribatla bağlı öz fikirlərini də səsləndirib. İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti müsbət qiymətləndirilib, payız sessiyanın iş planı təsdiqlənib. ![]() AIA.Az Geri dön |