Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi18-09-2020, 15:51. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 898, bu günə qədər isə ümumilikdə 1 041 184 test icra olunub. aia.az Geri dön |