Ana Sayfa > Gündəm / Aia TV / Karusel > 36 yaşlı Abşeron sakini polisdə işə düzəlmək üçün 21800 dollar verib

36 yaşlı Abşeron sakini polisdə işə düzəlmək üçün 21800 dollar verib


27-03-2016, 14:09. Yazar: admin


Abşeron rayon sakini polis sistemində işə düzəlmək üçün rüşvət verdiyini və aldadıldığını iddia edib

Şikayətlə bağlı 1989-cu il təvəllüdlü Saday Həsənov özü Nəsimi RPİ-yə müraciət edərək məlumat verib. O bildirib ki, 2016-cı ilin yanvar ayında özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edən Neman adlı şəxs işə düzəltmək üçün ondan pul alıb. S.Həsənov deyib ki, həmin şəxs onu Daxili İşlər Orqanlarında işə düzəldəcəyini vəd edərək ondan 21 800 ABŞ dolları alıb və qaytarmayıb.

Məsələ ilə bağlı Nəsimi RPİ İstintaq Şöbəsində araşdırma aparılır./politika.az/
Geri dön