Ana Sayfa > Dünya > 2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq:
2100-cü ildə Çin əhalisinin sayı yarıya qədər azalacaq:18-09-2020, 09:27. Yazar: sevinc1 |
Dünya əhalisinin sayı getdikcə artmağa davam edir. Hazırda 7.5 milyarddan çox olan dünya əhalisinin sayının 2100-cü ildə 16 milyarda çatacağı ehtimal olunur. Bu barədə “Milliyet” yazıb. Əhali sıxlığındakı natarazlıq bəzi bölgələrdə yoxsulluq və müharibə riskini də artıracaq. Bu gün 1.5 milyard insanın yaşadığı Çin 2100-cü ildə əhalisinin yarısından çoxunu itirəcək. Buna səbəb doğum səviyyəsinin olduqca aşağı olması, əhalinin sayını tənzimləməklə bağlı proqramların tətbiqidir. Beləliklə, Çin əhali sayına görə, dünyada üçüncü pilləyə düşəcək. Hindistan ilk pilləyə, Nigeriya isə ikinci pilləyə yüksələcək. 2100-cü ildə əhali sayına görə dünya ölkələrinin ehtimal olunan ilk onluğunu təqdim edirik: Hindistan - 1.09 milyard Nigeriya - 791 milyon Çin - 732 milyon ABŞ - 336 milyon Pakistan - 248 milyon Demokratik Konqo Respublikası - 246 milyon İndoneziya - 229 milyon Efiopiya - 223 milyon Misir - 199 milyon Tanzaniya - 186 milyon. aia.az Geri dön |