Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > ÜST həyəcan təbili çaldı:
ÜST həyəcan təbili çaldı:17-09-2020, 15:48. Yazar: sevinc1 |
Avropadakı COVID-19-la bağlı vəziyyət pisləşməyə başlayıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Kluqqe bu gün keçirdiyi brifinqdə deyib. “Çox ciddi vəziyyətlə qarşı-qarşıyayıq. Həftəlik yoluxma sayı pandemiyanın Avropada ilk dəfə mart ayında pik həddə çatdığı göstəricini keçib. Avropa ölkələrinin yarısından çoxunda son iki həftədə 10 faiz artım var”, - deyə o bildirib. H.Kluqqenin sözlərinə görə, xəstəlik ən çox 25 yaşdan 41 yaşadək insanlar arasında qeydə alınıb. Bu baxımdan Kluqqe virusla mübarizə üçün bütün Avropa ölkələrini həmrəyliyə çağırıb və dəstək olaraq, press-konfransa maskada qatılıb. Geri dön |