Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib


17-09-2020, 15:30. Yazar: sevinc1
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib


Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Zati-aliləri cənab Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm".

aia.az
Geri dön