Ana Sayfa > Ölkə > Agentliyin sədr müavini:
Agentliyin sədr müavini:17-09-2020, 11:38. Yazar: sevinc1 |
Hazırda əlilliyin təyini sisteminin elektronlaşdırılmasından əvvəl əlillik dərəcəsi alanların müayinəsi ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu ilin sonuna kimi bu prosesi yekunlaşdırmağı planlaşdırırıq. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMSN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. Onun sözlərinə görə, əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir: “Əlilliyin təyini üçün əməliyyat keçirilən orqanın funksional vəziyyəti dəyərləndirilir. Əksər hallarda açıq ürək əməliyyatı keçirənlər üçün 2-ci qrup əlillik təyin edilə bilər. Lakin göndərişdə vətəndaşın sağlamlıq vəziyyəti tam əks olunmalıdır”. aia.az Geri dön |