Ana Sayfa > Karusel / Parlament > Astarada maskalı şəxslər evə basqın etdilər:
Astarada maskalı şəxslər evə basqın etdilər:17-09-2020, 10:09. Yazar: sevinc1 |
Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb. APA-nın verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin üç üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |