Ana Sayfa > Gündəm > Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq –
Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq –16-09-2020, 18:00. Yazar: sevinc1 |
![]() Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir. Bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib. O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir: “Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”. Nazir müavinin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır. “Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, - deyə X.Xələfov əlavə edib. aia.az Geri dön |