Ana Sayfa > Gündəm > Ramiz Mehdiyevin 20 hektarlıq mənzərəli ərazidə dəbdəbəli villası

Ramiz Mehdiyevin 20 hektarlıq mənzərəli ərazidə dəbdəbəli villası


16-09-2020, 14:18. Yazar: sevinc1
Ramiz Mehdiyevin 20 hektarlıq mənzərəli ərazidə dəbdəbəli villası




Bir müddət öncə ölkə mətbuatında Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akademik Ramiz Mehdiyevin Göyçayın Üngütlü kəndində yerləşən villası satışa çıxarılması barədə yazılar dərc edilmişdi.

AİA.AZ xəbər verir ki, villa hər tərəfdən 6 metir hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır.

Villanın ərazisində vertalyot enmək üçün xüsusi meydança da var.

Villanı Akademik sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun bağışladığı iddia edilir.

Tanınmış jurnalist və bloger Həbib Müntəzir xəbəri təsdiq edən xəbərlər paylaşıb.

O, qeyd edib ki, Ziya Məmmədov həmin villanı xalası oğlu Mənsur Məmmədov Göyçayın İcra Başçısı olarkən inşa etdirib.
Mənsur Məmmədov hazırda ucar rayonun İcra başçısıdır.

Jurnalistin yazdığına görə 20 hektar əraziyə sahib malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə yanaşı süni göldə var.
Villa 2014-ci ildə tikilib. Bundan öncə isə ərazi düzənlik olub.

Joker
aia.az

Geri dön