Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 1 milyon 20 min 29 nəfər COVİD-19-a qarşı testdən keçirilib

Azərbaycanda 1 milyon 20 min 29 nəfər COVİD-19-a qarşı testdən keçirilib


16-09-2020, 11:44. Yazar: sevinc1
Azərbaycanda 1 milyon 20 min 29 nəfər COVİD-19-a qarşı testdən keçirilib


Azərbaycanda koronavirusa yoluxanların 56,1 faizi Bakı şəhərinin payına düşür.

Trend-in məlumatına görə, ölkə üzrə ikinci ən çox yoluxma Abşeron rayonundadır. Bu zonada yoluxma 15,6 faizə çıxıb.

Aran zonası yoluxmaya görə 10,4 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası isə 6,4 faiz yoluxma ilə yenə də 4-cü yerdədir. 4,3 faiz yoluxma Lənkəran şəhərinin, 1,8 faizi Şəki-Zaqatala, 2.1 faizi Quba-Xaçmaz, 1,0 faizi Yuxarı Qarabağ bölgəsi, 1,6 faizi isə Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Naxçıvanda isə son statistikaya görə koronavirusa yoluxma halı 0,004 faiz qeydə alınıb.

Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Paytaxt üzrə yoluxanların 14,3 faizi Binəqədi, 11,8 faizi Yasamal, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Yoluxma hallarının 11,6 faizi Sabunçu, 8,9 faizi Nəsimi, 8,4 faizi Nərimanov, 8,0 faizi isə Suraxanı rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7, 6 faizi Qaradağ, 5,0 faizi Xəzər, 4,7 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 1 milyon 20 min 29 nəfərdə test aparılıb. Onlardan 38 min 517 nəfərdə koronavirus aşkarlanıb. Virusda yoluxanların 35 min 998 nəfəri sağalıb, Aktiv xəstə sayı 1953 nəfərdir. Bu günə qədər ölkə üzrə 566 nəfər bu virusdan dünyasını dəyişib.

aia.az
Geri dön