Ana Sayfa > Təhsil > Bölgə təhsilində inqilabi sıçrayış –
Bölgə təhsilində inqilabi sıçrayış –16-09-2020, 10:15. Yazar: sevinc1 |
“İmişli rayon Təhsil Şöbəsinə 2019-cu ilin may ayında müdir təyin olundum. Fəaliyyətə başladığım vaxtda bir çox nöqsanlarla qarşılaşdım. Yeni kadrların təhsil şöbəsinə cəlb olunmasına çalışdım. Ümumtəhsil məktəbləri üçün müəllim-şagird münasibətləri, direktor nizamı çox vacib məsələdir. Bununla bağlı direktorlarla təhsil şöbəsində görüşlər təşkil etdim. Onları narahat edən məsələləri müzakirə edib, həmin narahatlıqları aradan qaldırmağa başladıq”. Bu fikirləri İmişli rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev AzEdu.az-a açıqlaması zamanı bildirib. O, pandemiya dövründə təhsil şöbəsi tərəfindən görülən işlərdən də danışdı: “Şagirdlərin virtual dərslərə qoşulmasını diqqət mərkəzində saxladıq və demək olar ki, buna nail olduq” “Şagirdlərin təhsil göstəricilərinin yüksək olması üçün müəllimləri təlimlərə cəlb etdik. Təhsil Nazirliyi tərəfindən təşkil olunan təlimlər müsbət nəticəsini göstərdi. Həmçinin diaqnostik qiymətləndirmə imtahanında uğurlu nəticə əldə edən müəllimləri buraxılış siniflərində (9,11) dərs keçməyə yönləndirdik. Müəllim və şagirdləri pandemiya dövründə də tele-dərslərdən, virtual dərslərdən yararlanmağa sövq etdik. Həmçinin şagirdlər, müəllimlər və direktorlarla mütəmadi olaraq virtual görüşlər keçirildi. Şagirdlərin virtual dərslərə qoşulmasını diqqət mərkəzində saxladıq və demək olar ki, buna nail olduq. Həmçinin, məktəb direktorları ilə bağlı təhsil şöbəsinə edilən şikayətlər(neqativ hallar) araşdırıldı və qarşısının alınmağı üçün tədbirlər görüldü. Bu da tədrisin keyfiyyətinin yüksəlməsinə təsir etdi”. Ələmdar Quliyev 2020-2021-ci tədris ilində rayon üzrə abituriyentlərin göstəricilərini də açıqladı: “Təhsil şöbəsi tərəfindən görülən tədbirlər abituriyentlərin göstəricilərinə də təsir etdi. 2018-2019-cu tədris ilində rayon üzrə məzun olan abituriyentlərdən 306 nəfəri, 2019-2020-ci ildə isə 396 nəfər ali məktəblərə qəbul üçün keçid balını toplayıb. Bunlardan 8-i 600 bal, 36 nəfəri 500-600 arası, 77 nəfəri 400-500 arası, 110 nəfəri 300-400 arası, 124 nəfəri 200-300 arası, 40 şagird isə 100-200 bal toplayıb. Növbəti il üçün daha yüksək nəticə gözləyirik. Bütün millətin gələcəyi təhsildən keçir və buna görə də daha məsuliyyətlə, vicdanla çalışacağıq”. O, yeni tədris ili üçün görülən hazırlıqlar və yeni açılacaq məktəblər barədə də məlumat verdi: “Məktəblərin maddi-texniki bazası gücləndirilib, laboratoriya avandanlıqları hazır vəziyyətə gətirilib” “Son 10 ildə İmişli rayonunda xeyli məktəb tikintisi aparılıb. 62 ümumtəhsil məktəbindən 49-u əsaslı təmir olunaraq istifadəyə verilib. Məktəblərin maddi-texniki bazası gücləndirilib, laboratoriya avandanlıqları hazır vəziyyətə gətirilib. İmişli rayonunun yeni icra başçısı Elçin Rzayevə 1illik fəaliyyətimlə bağlı hesabat təqdim etdim. O, hesabatı diqqətlə təhlil edərək, fəaliyyətimi qənaətbəxş hesab etdi. Təhsil Nazirliyinin göstərişinə əsasən yeni dərsliklər sentyabrın 4-dək şagirdlərə paylanıldı. Həmçinin məktəblərdə dezinfeksiya işlərinə başlanılıb və proses dərs başlayanadək yekunlaşacaq. Həmçinin sentyabrın 9-da 264 yerlik İmişli rayon Muradxanlı kənd tam orta məktəbinin açılışını həyata keçirəcəyik. Buna da ciddi şəkildə hazırlaşırıq. Eyni zamanda Oruclu kənd orta məktəbində modul tipli məktəbin quraşdırılması başa çatdırılıb. Yaxın günlərdə istifadəyə veriləcək”. aia.az Geri dön |