Ana Sayfa > Təhsil > Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi

Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi


15-09-2020, 17:23. Yazar: sevinc1
Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi




14.09.2020-ci il tarixində yeni tikilmiş Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Məktəbin açılış mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ,Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov iştirak edib.

Ümumi təhsil müəssisəsinin açılışından sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə ətraflı tanış olublar.

Qeyd edilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. Təhsil müəssisəsində yeni təhsil ilindən 12 (on iki) sinif otağı, 3 (üç) laboratoriya, 2 (iki) texnologiya, 1 (bir) informatika, 1 (bir) gənclərin çağırışaqədərki hazırlığı kabinetləri də fəaliyyət göstərəcək.

aia.az







Geri dön