Ana Sayfa > Ölkə > Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatı qarşıda duran vəzifələrin icrasını uğurla həyata keçirir

Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatı qarşıda duran vəzifələrin icrasını uğurla həyata keçirir


15-09-2020, 10:12. Yazar: sevinc1
Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatı qarşıda duran vəzifələrin icrasını uğurla həyata keçirir





Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqına üzv qurumlardan biri kimi, xüsusilə aktiv fəaliyyətilə seçilən təşkilatlardan biri də Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Həmkarlar Təşkilatıdır. Qeyd edək ki, ötən ilin oktyabr ayında AMEA nəzdində RSXM Həmkarlar Təşkilatının yenidən formalaşdırılması ilə bağlı iclas keçirilmişdi. Həmin iclasda Mərkəzin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri geologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev Həmkarlar Təşkilatının sədri seçilib.

Qısa arayış:

Qaravəliyev Etibar Sayad oğlu 1973-cü ildə Qazax rayonunun Əlibayramlı kəndində anadan olmuşdur. 1980-1989-cu illərdə Aslanbəyli kənd orta məktəbində təhsil almışdır. 1991-1993-cü illərdə Aslanbəyli kənd üzümçülük sovxozunun “Tikinti-təmir” briqadasında fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan İnşaat mühəndisləri Universitetinə daxil olmuşdur. 1997-ci ildə həmin Universiteti bitirib bakalavr dərəcəsi almışdır. 1997-ci ildə yenidən həmin Universitetin magistratura pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə mühəndis vəzifəsi ilə işə qəbul edilmişdir. Hal-hazırda həmin Mərkəzdə şöbə müdiri vəzifəsində çalışır. 2003-2007-ci illərdə AMEA Geologiya və Geofizika İnstitunun dissertantı olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2008-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Gənc Alimlər” şurasının sədri olmuşdur. 2016-cı ildə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə dosent elmi adı almışdır. 38 məqalə və tezisin müəllifidir. 10 oktyabr 2019-cu il tarixindən Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri vəzifəsinə təyin edilmişdir.


RSXM-dən aldığımız məlumatlara görə Etibar Qaravəliyevin sədr vəzifəsinə seçilməsindən sonra Mərkəzin Həmkarlar Təşkilatının fəaliyyətində əvvəlkindən daha yüksək dinamika müşahidə olunmaqdadır. Belə ki, bu Həmkarlar Təşkilatının 2020-ci ilin əvvəlindən cari tarixə qədər həyata keçirdiyi tədbirlərin sırasında 20 Yanvar şəhidləri-anım tədbiri; 26 fevral Xocalı soyqırımı-anım tədbiri; 31 mart Dünya Azərbaycanlılarının soyqırımı- anım tədbiri; “Covid-19” virusu ilə əlaqədar olaraq Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin əməkdaşlarının iştirakı ilə maarifləndirmə tədbiri yer almışdır. Bizə daxil olan məlumatlara görə bu tədbirlər AMEA Azad Həmkarlar İttifaqına üzv olan digər təşkilatlar, eləcə də Yasamal rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıqda həyata keçirilmişdir. Həmçinin demək lazımdır ki, koronavirus pandemiyası dövründə Etibar Qaravəliyevin rəhbərlik etdiyi Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatı Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışana qoşularaq koronavirusla mübarizə tədbirlərində yaxından iştirak etmiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə həyata keçirilən bir sıra mühüm tədbirlərin də fəal iştirakçısı olmuşdur. Belə ki, bu müddət ərzində Mərkəzin Həmkarlar Təşkilatı tərəfindən “Covid-19” virusu ilə əlaqədar olaraq əməkdaşlar üçün tibbi ləvazimatların və gigiyenik vasitələrin alınması, əməkdaşlara maddi və ərzaq yardımı edilməsi kimi aksiyalar həyata keçirilmişdir. Bundan başqa təşkilat iki nəfər əməkdaşın “Bilgəh” və “Günəşli” müalicə sanatoriyalarına yollanışını və əməkdaşların yubileyi ilə əlaqədar olaraq onlara maddi köməklik göstərilməsini təmin etmişdir.

Əminliklə demək olar ki, Etibar Qaravəliyevin rəhbərlik etdiyi Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatı bundan sonra da öz üzvlərinin hüquqlarının qorunması və onların ən müxtəlif problemlərinin həlli istiqamətində öz səmərəli fəaliyyətini uğurla davam etdirəcəkdir.

aia.az
Geri dön