Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > İmişli Rayon Mərkəzi Xəstəxanasında "Hippokrat andı"nın izi-tozu da görünmür...

İmişli Rayon Mərkəzi Xəstəxanasında "Hippokrat andı"nın izi-tozu da görünmür...


14-09-2020, 13:45. Yazar: sevinc1
İmişli Rayon Mərkəzi Xəstəxanasında "Hippokrat andı"nın izi-tozu da görünmür...


Ötən gün mətbuatda İmişli rayon mərkəzi xəstəxanasının baş həkimi Eynulla Qasımov xəsətələrə verilməli olan dərmanları öz şəxsi apteklərində satılma xəbəri yer alıb.

Məsələ ilə bağlı baş həkimə dəfələrlə zəng vursaq da, telefon çağırsa da, telefonu açan olmadı. Məcbur olub baş həkimin müavini ilə əlaqə saxladıq. AİA.AZ-a Elnur həkim təmasdan qaçaraq, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyilə (TƏBİB) əlaqə saxlanmasını bildirib:

"Mətbuatda verilən xəbərə görə araşdırın və TƏBİB mətbuat xidmətinə müraciət edin".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi bildirib ki, TƏBİB sözügedən gileylə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, son vaxtlar İmişli rayon mərkəzi xəstəxanası haqqında kütləvi narazılıqlar var.

Joker
aia.az

Geri dön