Ana Sayfa > Təhsil > Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib14-09-2020, 09:49. Yazar: sevinc1 |
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq. Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək. aia.az Geri dön |