Ana Sayfa > Karusel / Gündəm > Salyanda “manyak” peyda olması haqda xəbərlərə DİN-dən

Salyanda “manyak” peyda olması haqda xəbərlərə DİN-dən


11-09-2020, 18:15. Yazar: sevinc1
Salyanda “manyak” peyda olması haqda xəbərlərə DİN-dən


“Salyanın Xıdırlı kəndində “manyak”ın peyda olması haqda yayılan xəbərlərin məntiqi olmasa da, polis əməkdaşları neçə gündür ki, orada xidmət aparır, gecələr növbə çəkirlər. Bu, balaca bir kənddir və sakinlərin dediyi kimi bir hadisəyə rast gəlinməyib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

O qeyd edib ki, kəndlilər bu varlıqları harada gördükləri və yaxud bu hadisədə kimdən şübhələndikləri barədə polis əməkdaşlarına konkret heç bir məlumat verməyiblər:

“Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra əməkdaşlarımız kənddədir, gecə-gündüz xidmət aparırlar. Amma heç bir hadisə baş verməyib. Kənd camaatının vahiməsinə heç bir əsas yoxdur. Əgər bu yolla kimsə orada insanları qorxutmağa çalışırsa, gec-tez həmin şəxs saxlanılacaq.

Hazırda belə bir narahatlıq doğuran şəxs görülməyib”.

aia.az
Geri dön