Ana Sayfa > Şou-biznes / Seçilənlər-3 / Manşet / Karusel > Azərbaycanlıları İŞİD-ə cəlb edən Əlixan Musayevdir? - Gizli səs yazısı

Azərbaycanlıları İŞİD-ə cəlb edən Əlixan Musayevdir? - Gizli səs yazısı


26-03-2016, 13:42. Yazar: admin

Azərbaycanda radikalların lideri kimi tanınmış Əlixan Musayevin gizli səs yazısı yayılıb. Səs Azərbaycanın rayonlarının birində yazılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin səs yazısı avrasiya.net-ə göndərilib. Xəbərdə iddia olunur ki, Əlixan Musayev rayonları gəzərək, dindarları Suriyada cihada qatılmağa dəvət edir. Onun sayəsində 500 dən çox azərbaycanlının Suriyada “İŞİD” tərkibində döyüşlərə qatıldığı qeyd olunur.

Xatırladaq ki, yerli mediada yazılanlara görə, Musayev Əlixan Zakir oğlu bir müddət "Əbu bəkr” məscidinin axundu Qamət Süleymanovun müavini olub və vəhabiliyin radikal fikirlərini təbliğ etdiyinə görə məsciddən qovulub. Daha sonra Türkiyə "Hizbullah"ı ilə əlaqədə ittiham olunan Əlixan Musayev hazırda Azərbaycanda olan radikal cihadçı qrupların ideoloji lideri sayılır. Suriyada döyüşən azərbaycanlı vəhabilərin də onun xeyir-duasını aldıqları iddia olunur.
[media=https://youtu.be/E8uCYZjBJzc]
Geri dön