Ana Sayfa > Karusel / Ölkə > Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


11-09-2020, 10:30. Yazar: sevinc1
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq


Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən Adalet.az-a verilən məlumata görə, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


aia.az

Geri dön