Ana Sayfa > Karusel / Təhsil > Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib

Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib


10-09-2020, 17:21. Yazar: sevinc1
Təhsil naziri məktəbin 3-cü mərtəbəsindən yıxılan şagirdə baş çəkib



Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.

E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib.
Geri dön