Ana Sayfa > Qərbi Azərbaycan > ÜST COVID-19 peyvəndlərinin dünyada paylanmasının vaxtını açıqladı
ÜST COVID-19 peyvəndlərinin dünyada paylanmasının vaxtını açıqladı10-09-2020, 10:29. Yazar: sevinc1 |
COVID-19-a qarşı peyvəndlərin klinik sınaqlarının üçüncü mərhələsinin nəticələri 2021-ci ilin əvvəlində məlum olacaq. Dərmanın ilk bir neçə yüz milyon dozası isə gələn ilin ortaları üçün gözlənilməlidir. Bu barədə “İzvestiya”ya Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib. Bildirilib ki, bu peyvəndlərdən birinin, yaxud bir neçəsinin təhlükəsiz və təsirli olması gözlənilir, lakin söhbətin məhz hansından getdiyi hələ məlum deyil: “Yalnız üçüncü mərhələnin nəticələri buna aydınlıq gətirəcək”. ÜST-ün məlumatına görə, bu gün dünyada 200-dən çox koronavirus peyvəndi hazırlanır, onlardan 30-u artıq insanlarda sınaqdan keçirilir. Qeyd edək ki, preparatın hazırlanmasının beş mərhələsi var: - klinika öncəsi tədqiqatlar, - mərhələ 1 - kiçik insan qrupunda test, təhlükəsizliyin və dozanın yoxlanılması, - mərhələ 2 - ayrı-ayrı yaş qrupları üzrə yüzlərlə insanda geniş sınaqlar, - mərhələ 3 - minlərlə insanda test - peyvəndin təsdiqlənməsi. Geri dön |