Ana Sayfa > Gündəm / Manşet / Karusel > Qənirə Paşayeva Əskişəhərdə konfrans verib

Qənirə Paşayeva Əskişəhərdə konfrans verib


25-03-2016, 15:57. Yazar: admin

Əskişəhər Türk Ocaklarında millət vəkili Q.Paşayeva “Türk dünyasının ortaq acıları və birliyin önəmi” adlı konfrans keçirib. Lent.az xəbər verir ki, konfransda Əskişəhərin ziyalıları, KİV və QHT nümayəndələri və gənclər iştirak edib.

Qənirə Paşayeva çıxışında Türk kökənli bütün insanlarımızın Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışılıb. O, çıxışına son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan insanlarımızın ailələrinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib.

Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.

Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, müəllimlərimizin, aydınlar və jurnalistlərin və Türk Ocaklarının üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb.
Qənirə Paşayeva Əskişəhərdə konfrans verib

Geri dön