Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb

Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb


9-09-2020, 09:10. Yazar: sevinc1
Pandemiyanın uşaqlar üçün daha bir dəhşətli fəsadı açıqlanıb


Koronavirus pandemiyası ilə əlaqədar uşaqların cinsi istismarı və onlara qarşı zorakılıq halları artıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə “Interpol”un yaydığı hesabatda deyilir.

Bildirilir ki, uşaqların məruz qaldığı cinsi istismar bir çox hallarda COVID-19 pandemiyası fonunda bildirilməmiş qalır.

Bundan başqa, yetkinlik yaşına çatmayanlar arasında təcavüzlə əlaqəli materiallar daha çox yayılıb.

“Həmçinin “darknet” qapalı şəbəkəsində cinsi istismara və uşaqlara qarşı təcavüzə həsr olunmuş forumlarda müzakirələr daha da güclənib”, - deyə qurumdan xəbərdarlıq edilib.

Təşkilat bəzi qanun pozuntuları barədə məlumatların uzun müddətli gecikmələrlə əlaqədar olaraq həll olunmamış qalmasından da narahatdır. Qurum bunu, digər səbəblərlə yanaşı, insan resurslarının çatışmazlığı, informasiya proseslərinin pozulması və məhkəmələrin bağlanması səbəbi ilə işlərə baxılmasının gecikmələri ilə əlaqələndirib.

aia.az
Geri dön