Ana Sayfa > Parlament > Filippin Prezidenti transseksual qadını öldürən ABŞ hərbçisini əfv etdi

Filippin Prezidenti transseksual qadını öldürən ABŞ hərbçisini əfv etdi


9-09-2020, 09:07. Yazar: sevinc1
Filippin Prezidenti transseksual qadını öldürən ABŞ hərbçisini əfv etdi



Filippin Prezidenti Rodriqo Duterte transseksual bir nəfəri öldürdüyü üçün həbs olunan ABŞ əsgərini əfv etdiyini açıqlayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

2014-cü ildə Cenifer Laudeni öldürən ABŞ Hərbi Dəniz Qüvvələrinin əsgəri Cozef Skott Pemberton 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. C.Pembertonun əfv edilməsi bir sıra insan hüquqları təşkilatları və C.Laudenin ailəsi tərəfindən narazılıqla qarşılanıb.

“Ədalətli olmağa çağırıldığınız zaman ədalətli olun”, - prezident R.Duterte narazılıqlara cavab olaraq bildirib.

aia.az
Geri dön