Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 139 nəfər COVİD-19-a yoluxub, 128 nəfər sağalıb, 1 nəfər vəfat edib

Azərbaycanda 139 nəfər COVİD-19-a yoluxub, 128 nəfər sağalıb, 1 nəfər vəfat edib


8-09-2020, 16:40. Yazar: sevinc1
Azərbaycanda 139 nəfər COVİD-19-a yoluxub, 128 nəfər sağalıb, 1 nəfər vəfat edib



Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37 557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 nəfərdir.

Ölkədə son sutka ərzində 6 798, hazırkı dövrədək isə 973 838 test aparılıb.

aia.az
Geri dön