Ana Sayfa > Karusel / Gündəm > BNA sözçüsü Mais Ağayev təmasdan qaçaraq:

BNA sözçüsü Mais Ağayev təmasdan qaçaraq:


8-09-2020, 15:09. Yazar: sevinc1
BNA sözçüsü Mais Ağayev  təmasdan qaçaraq:


Son zamanlar Bakı Nəqliyyat Agentliyindən narazılıqlar getdikcə artır. Vətəndaşlar kütləvi narazılıqlarını sosial şəbəkələrdə paylaşırlar.

Hətta Əməkdar artist Ədalət Şükürov və Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik BNA-nı sərt tənqid etmişdi.

Bu gün Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin vəzifəsindən çıxarılacağı və onun yerinə müavini Elçin Mustafayev təyin edilməsi ilə bağlı məlumatlar yayılıb.


Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi isə təmasdan qaçaraq, vaxtını boş fikirlərlə almasını bildirib:

"Nəqliyyat məsələləri ilə bağlı rəsmi olaraq yazın ki, sizə cavab verək. Belə əsassız və boş-boş fikirlərlə vaxtımızı alırsınız".

Qeyd edək ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyi haqqında kütləvi narazılıqlar var.

aia.az
Joker
Geri dön