Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı

Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı


8-09-2020, 14:17. Yazar: sevinc1
Azərbaycanda futbol klubu təcili yardım nümayəndəsinə görə cəzalandırıldı


Azərbaycanda cari futbol mövsümündə cəzalandırılan klublar bəlli olub.

Peşəkar Futbol Liqasının saytı xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın I turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Səbail” oyununda “Neftçi” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” klubunun 3 nömrəli futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunan nömrəsindən fərqli nömrəli formada meydançaya çıxdığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Qəbələ” – “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 21 nömrəli futbolçusu Hacıağa Hacılı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanır, klub 200 manat cərimə olunur.

aia.az
Geri dön