Ana Sayfa > Manşet / Təhsil > Yardımlı RTŞ-nın rəhbəri RÜŞVƏT VİDEOSU YAYILMSINDAN danışdı

Yardımlı RTŞ-nın rəhbəri RÜŞVƏT VİDEOSU YAYILMSINDAN danışdı


7-09-2020, 13:19. Yazar: sevinc1
Yardımlı RTŞ-nın rəhbəri RÜŞVƏT VİDEOSU YAYILMSINDAN danışdı



Son günlər Yardımlı Rayon Təhsil şöbəsi, konkret olaraq həmin təşkilatın rəhbəri Manaf Səlim oğlu Balaşov haqqında korrupsiya məlumatları aramsız olaraq saytlarda paylaşılır. Lakin peşəkar jurnalistikanın tələblərinə uyğun olaraq biz qarşı tərəfin də fikrini öyrənməyə cəhd etdik.

AİA.AZ olaraq, məsələyə aydınlıq gətirmək üçün Manaf Balaşovun özü ilə əlaqə saxladıq. O yayılan ittihamlara aydınlıq gətirmək üçün bunları deyib:

" Elə bir söhbət də yoxdur. Həmin şikayətlə bağlı inzibati orqanlar tərəfindən dəfələrlə araşdırılıb. O fakt yalandır. Prokuraturanın qərarı var ki, şantajdan başqa heç bir şey deyi. Şikayətçi Həmidov Əfrayılın ətrafında olan insanlar onu dilə tutular ki, şikayət etsin. Həmin videoya gəlincə, 2-3 il bundan əvvəl çəkilib. Aidiyyəti quramları tərəfindən araşdırılma aparılıb və heç bir fakt olmadığı üçün işə xitam verilib. Bəlli oldu ki, hamsı böhtan və şantajdır, başqa heç bir şey deyil".

Qeyd edək ki, azia.az-ın yaydığı məlumata görə, Yardımlı rayonunun şikayətçi müəllim Həmidov Əfrayıl Tərxan oğlundan alınan rüşvət hələ də hazırkı Təhsil şöbəsinin müdiri Manaf Səlim oğlu Səmədzadə(Balaşov) tərəfindən qaytarılmayıb.

Joker
aia.az
Geri dön